Zaventemdə yerləşən beynəlxalq Brüssel aeroportundan olan uçuşlar martın 29-dan tez bərpa olunmayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Daha əvvəl yayılan xəbərlərdə isə hava limanının artıq 1 günə açılacağı ilə bağlı məlumatlar yayılmışdı.
Xatırladaq ki, martın 22-də Brüssüldə 3 ardıcıl partlayış baş verib. Onların ikisi məhz aeroportda qeyd alınıb. Terror aktları nəticəsində 32 nəfər ölüb, 300 nəfərə yaxın vətəndaş isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Terrorla bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Son xəbərlər
Son Xəbərlər