Brüssel metrosunda bıçaqlı şəxs sərnişinlərə hücum etdi - Yenilənib

brussel-metrosunda-bicaqli-sexs-sernisinlere-hucum-etdi
Oxunma sayı: 1095

Belçikanın paytaxtı Brüsselin Molenbek kommunasında bıçaqlı şəxs “Qərb vağzalı” metrostansiyasında sərnişinlərə hücum edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hücum nəticəsində yaralıların olduğu bildirilir. Polis bıçaqlı şəxsi zərərsizləşdirib.

Qeyd edək ki, Molenbekdə əsasən Yaxın Şərq və Afrika ölkələrindən mühacirlər yaşayır.

***

Brüsseldə baş vermiş bıçaqlı hücum nəticəsində 2 qadın yaralanıb. Onlardan biri hamilədir. İnsidentin şəxsi mübahisə zəminində baş verdiyi ehtimal olunur. Polis baş vermiş hadisəni terror adlandırmayıb.