Brüssel terrorçusu Avropa Parlamentində işləyibmiş

brussel-terrorcusu-avropa-parlamentinde-isleyibmis
Oxunma sayı: 868

Ötən ay Brüsseldə baş vermiş terror aktlarının araşdırılması zamanı yeni təfərrüatlar ortaya çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı partlayışlar törədən ekstremistlərin birinin daha əvvəl Avropa Parlamentində süpürgəçi kimi işlədiyi məlum olub.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Jaume Dux "Brüsseldəki terrorçulardan biri 2009- 2010-cu illərdə bir ay ərzində Avropa Parlamenti ilə müqaviləsi olan təmizlik şirkətində işləyib",- deyib.

Aİ-nin qanunverici orqanın mətbuat xidmətindən bu məlumat təsdiq edilsə də, ekstremistin adı açıqlanmayıb. Aİ-da olan mənbə isə bildirib ki, söhbət 25 yaşlı Nəcim Laaşrauidən gedir.

Aysel Kərimova