Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkənin Belçikadakı səfirliyinə Brüssel hava limanında iki partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırmağı tapşırıb.
“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
***
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Brüssel aeroportunda partlayış baş verən ərazidə bir Azərbaycan vətəndaşı da olub
O, qeyd edib ki, Azərbaycanın Belçika Krallığındakı səfirliyi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir: "Paytaxt Brüsseldə yaşanan hadisələrlə əlaqədar konsulluq dəstəyinə ehtiyac duyan Azərbaycan vətəndaşları səfirliyə müraciət edə bilərlər".
H.Hacıyev əlavə edib ki, "Zaventem" hava limanında partlayış baş verən vaxtda ərazidə uçuş reysini gözləyən bir nəfər Azərbaycan vətəndaşı olub: "Xoşbəxtlikdən həmin şəxs zərər çəkməyib, sağ-salamatdır. Səfirlik onunla təmasdadır".
Son xəbərlər
Son Xəbərlər