Brüsseldə Rusiya – NATO Şurasının iclası başlayıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, iclas NATO-nun Baş Qərargahında keçirilir.
Bu, son iki il yarımda baş tutan ilk iclasdır.
Rusiyanı iclasda xarici işlər nazirinin müavini Aleksandr Qruşko təmsil edir.
***
İclasda ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman da iştirak edir.
***
Rusiya – NATO Şurasının iclası başa çatıb. Danışıqlar Bakı vaxtı ilə 13:00-da başlayıb və planlaşdırıldığından artıq, 4 saatdan çox davam edib.


Son xəbərlər
Son Xəbərlər