“Brüsseldə terror aktı törədən şəxs Türkiyədən deportasiya edilib” - Ərdoğan

brusselde-terror-akti-toreden-sexs-turkiyeden-deportasiya-edilib
Oxunma sayı: 3597

“Türkiyə hüquq-mühafizə orqanları Belçikada terror aktları törədən şəxslərdən birini 2015-ci ildə Suriya sərhədində saxlayıb”.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, terrorçu ötən il Qaziantepdə saxlanılıb: “O, 2015-ci ilin iyununda Qaziantepdə saxlanılıb, iyulun 14-də isə Belçikaya deportasiya olunub. Bu barədə Belçika səfirliyinə xəbərdarlıq etmişdik. Lakin belçikalılar onu sərbəst buraxdılar”.

Xatırladaq ki, martın 22-də Belçikanın paytaxtı Brüsseldə aeroportda və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.