Brüsseldə Xocalı mitinqi

brusselde-xocali-mitinqi
Oxunma sayı: 1164


“Qafqazinfo” xəbər verir ki, mitinq Brüsseldə yerləşən Avropa Parlamentinin qarşısındakı Lüksemburq meydanında baş tutub. Mitinqdə  Belçikada yaşayan soydaşlarımız, eyni zamanda Türk diasporunun nümayəndələri iştirak etmişlər. Mitinqdə səsgücləndiricilər vasitəsilə “Xocalıya ədalət”, “Qarabağ Azərbaycan torpağıdır”, “Sarqsyan – cinayətkar”, “Hamımız Xocalıyıq, hamımız türkük, hamımız əsgərik”, “Erməni faşizminə son” kimi şüarlar səsləndirilib, yoldan keçən insanlara Xocalı faciəsi ilə bağlı bukletlər təqdim edilib.

Eyni saatlarda 8-10 nəfər erməni Azərbaycan Səfirliyi qarşısında mitinq keçirməyə cəhd etsə də, onların bu cəhdi Belçika federal polisinin müdaxiləsi nəticəsində baş tutmayıb və mitinqin qarşısı alınıb.