Saakaşvili “Akkord”un ekskvatorunu sürdü - Fotolar

saakasvili-akkordun-ekskvatorunu-surdu-fotolar
Oxunma sayı: 871

Artıq 3 ildir ki, şirkət bu istiqamətdə ardıcıl siyasət yürüdür və bu bir faktdır ki, indi nəinki yaxın region ölkələrində, həmçinin uzaq xaricdə də “Akkord” markası tanınır və qəbul edilir. “Akkord”un region üzrə fəaliyyətinin nüfuz etdirildiyi ilk ölkə Gürcüstan Respublikasıdır. Artıq bu ölkədə şirkət tərəfindən icra edilən layihələrin sırası kifayət qədər genişlənib və əldə edilən nailiyyətlər nəinki Gürcüstan daxilində yeni işlərin əldə edilməsi, həm də bu işlərlə tanış olan digər ölkələrdə də analoji layihələrin “Akkord”a həvalə edilməsi üçün bir etibar nümunəsi təşkil edir. Gürcüstandakı asfalt-beton örtüklü, ümumi dəyəri 145 milyon dollardan çox olan Sveneti-Ruisi yolunun tikintisi üzrə tenderin qalibləri sırasına şirkət hələ 2009-cu il iyul ayının 9-da daxil edilib. Sveneti-Ruisi layihəsi 3 lotdan ibarətdir və bu layihədə “Akkord”un inşa etdiyi yolun uzunluğu iki istiqamət üzrə 15 km təşkil edir. 1-ci və 2-ci lot üzrə “Akkord-Gürcüstan” tikinti işlərinin bilavasitə kontraktor/icraçısıdır. 1-ci lot: ümumi 4500 m /5 körpü, 26 boru keçidi, 2 bokskalvert, 2 asfalt ötürücü; 2-ci lot: ümumi 1450 m/1 körpü-estakada (877 m) / dairəvi yol: 2154 m/1 körpü (160 m), 5 boru-keçid (1500 mm - diametr), 78 m uzunluqlu 500 mm-lik boru keçidi; 3-cü lot: ümumi 8300 m/750 m x 2 ikitərəfli tunel, 2 bokskalvert, 3 boru keçidinin inşasını nəzərdə tutur. 3-cü lotda “Akkord-Gürcüstan” subpodratçı kimi fəaliyyət göstərir. Bu layihə “Kocks Group”şirkəti tərəfindən hazırlanıb və Dünya Bankı tərəfindən maliyyələşdirilir. I dərəcə avtoban yolları kateqoriyasına aid olan bu layihə strateji əhəmiyyət kəsb etməklə yanaşı, Gürcüstan paytaxtını Rusiya və Türkiyə ilə birləşdirəcək ümumi magistralın tərkib hissəsidir. 2009-cu il iyulun 15-də tikinti işlərinə başlayarkən “Akkord” tikinti sahəsinə 900-dən artıq işçi və mütəxəssis, 600 ədəd texniki vasitə cəlb etməklə ərazidə 4 beton zavodu, 3 daşdoğrayan, 2 asfalt zavodu, 1 beton tir-boru istehsalı zavodu, həmçinin qaraj, laboratoriya, yataqxana, işçilər üçün yeməkxana, tibb məntəqəsi, ofislər və s. qurub və hazırda işləri tam sürətlə davam etdirir. Həyata keçirilən layihə üzrə işlər Gürcüstanın dövlət və hökumət orqanlarının da ciddi diqqət mərkəzindədir. 2011-ci iyun ayının 10-da yoldakı işlərin daha bir məsul məqamı da diqqət obyektinə çevrilib. Belə ki, layihə üzrə 3-cü lota daxil olan ikitərəfli tunelin şimal qolunda ön və arxa tərəfdən qazıntı işlərinin mərkəzdə qovuşma nöqtəsinə çatması ilə əlaqədar olaraq Gürcüstan Prezidenti Mixail Saakaşvili, regionların inkişafı və infrastruktur naziri Ramaz Nikolaişvili, həmçinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın Baş direktoru Xaqani Quluzadə ərazidə olublar. Yerli mətbuat nümayəndələrinin də iştirak etdiyi tədbir zamanı Mixail Saakaşvili şəxsən ekskavatorun sükanı arxasına keçərək tunelin iki hissəsini bir-birindən ayıran ensiz arakəsməni dağıdıb və tunelin şimal xətti açılıb. Bundan sonra Prezident və tədbir iştirakçıları 2-ci lotda körpü-estakadanın tikinti ərazisinə gəliblər. Burada nazir R.Nikolaişvili Prezidentə tikinti işlərinin gedişi və körpünün texniki parametrləri ilə bağlı məlumat verib. Nazir qeyd edib ki, bu körpü “Akkord” tərəfindən indiyədək MDB regionunda tətbiq olunmamış yeni – Lançunq metodu (körpü aşırımlarının dayaqlar üzərinə sürüşdürmə yolu ilə yığılması) ilə tikilir. M.Saakaşvili görülən işlər barədə məlumatları məmnunluqla dinləyib. Prezident ərazidən ayrıldıqdan sonra R.Nikolaişvili layihənin icrası ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Nazir nitqində bu işləri yerinə yetirən “Akkord” şirkəti barədə yüksək fikirlər söyləyib.

Qeyd edək ki, “Akkord”un Gürcüstanda icra etdiyi daha bir böyük layihə 2010-cu il noyabrın 15-də tamamlanıb və Türkiyə sərhədinə kimi uzanan asfalt örtüklü 224 km uzunluğunda Samtsxe-Cavaxetiya yolunun Tsalka-Nardevani ərazisindən keçən 15 km-lik hissəsinin tikintisinin başa çatması ilə əlaqədar olaraq təntənəli açılış mərasimi də keçirilib.

“Akkord-Gürcüstan”ın Gürcüstan Respublikası üzrə digər əhəmiyyətli layihələri 8,3 km-lik Tbilisi-Tianeti, 10 km-lik Kutaisi-Tskaltubo-Lentexi, 12,23 km-lik Kutasi-Tkibuli-Ambrolauri yollarının tikintisidir.