Saakaşvili müxalifətin qalib gəldiyini etiraf etdi

<b>Saakaşvili müxalifətin qalib gəldiyini etiraf etdi</b>
Oxunma sayı: 310

Proporsional sistem üzrə “Exit-poll” nəticələri açıqlandıqdan sonra prezident Mixail Saakaşvili xalqa müraciət edib. O etiraf edib ki, proporsional sistem üzrə müxalif “Gürcü arzusu” qalib gəlib. Onun sözlərinə görə, Bidzina İvanişvilinin rəhbərlik etdiyi koalisiyanın qələbəsini Tiflisdə yığılan səslər təmin edib. Majoritar sistem üzrə nəticələrə gəldikdə isə prezident “Milli Hərəkat”ın qələbə qazandığı bəyan edib.

“Parlamentdə kimin çoxluq qazanacağı birazdan bilinəcək. Lakin indidən demək olar ki, seçkilər baş tutub. Gürcüstan hakimiyyəti vəd etdiyi kimi şəffaf seçkiləri keçirə bildi. Paytaxtda müxalifət güclü oldu, bölgələrdə isə üstünlük biz tərəfdədir. Lakin bu o demək deyil ki, biz ölkəni paytaxt və bölgələrə bölürük. Biz hamımız Gürcüstan vətəndaşlarıyıq və indi hamımızın demokratik proseslərə qoşulmağımız vacibdir. Mən prezident kimi yeni parlamentə keçidin ağrısız keçməsinin təminatı olacam”, - deyə Saakaşvili vurğulayıb./anspress/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi