Saakaşvili Rəsulzadədən sitat gətirdi

saakasvili-resulzadeden-sitat-getirdi
Oxunma sayı: 699

Qafqazinfo “Media forum” istinadən xəbər verir ki, Mixail Saakaşvili Milli Məclisdə çıxış edib. Gürcüstan prezidenti çıxışında Azərbaycan dövlətinin yaranması tarixinə də toxunub və Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin adını çəkib. Çıxışının bu hissəsində Mixail Saakaşvili Azərbaycan dilində danışıb və Məhəmməd Əmin Rəsulzadənin məşhur sözünü xatırladıb: “Bir kərə yüksələn bayraq bir daha enməz!”.

Gürcüstan prezidenti Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri Cavad xan, Üzeyir Hacıbəyli, Fətəli xan Xoyski, Nəriman Nərimanov və başqalarının da adlarını çəkib.

Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu, ölkələrin müttəfiqliyinin sarsılmazlığını vurğulayan Mixail Saakaşvili çıxışının sonunda da Məhəmməd Əmin Rəsulzadənin sözünə qayıdıb. Milli Məclisdə rus dilində çıxış edən Gürcüstan prezidenti “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözlərini əvvəlcə rus, sonra gürcü, daha sonra Azərbaycan dilində səsləndirərək nitqini yekunlaşdırıb.