Saakaşvili torpaq əvəzinə canını təklif etdi

saakasvili-torpaq-evezine-canini-teklif-etdi
Oxunma sayı: 673

“Qafqazinfo”nun “Novosti-Qruziya” saytına istinadən verdiyi xəbərə görə, prezident bu təklifi Rusiya hökumətinə ünvanlayıb. Putinin 2008-ci il avqust müharibəsi zamanı onu “gürcü prezidentini bədəninin müəyyən hissəsindən asmaqla” hədələdiyini xatırladan Saakaşvili buna hazır olduğunu bildirib: “Mən böyük məmnuniyyətlə bədənimin istənilən hissəsini göndərməyə hazıram, yetər ki, onlar heç olmasa ərazilərimizin bir hissəsini qaytarsınlar. Lakin yaxşı olardı ki, hamısını qaytarsınlar. Bədənimin nə qədər hissəsi yetəcəksə, o qədər də ərazi qaytara bilərəm”.


Səidə