Saakaşvili - xidmətçi qalmaqalı mətbuata çıxdı

saakasvili-xidmetci-qalmaqali-metbuata-cixdi
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, otellərin birində baş verdiyi iddia edilən hadisəyə səbəb kimi isə qulluqçunun prezident Saakaşvilini tanımaması olub. Yaranmış vəziyyəti aradan qaldırmaq üçün Gürcüstan nümayəndə heyətinin üzvləri ABŞ-ın bu ölkədəki səfiri Con Basa müraciət etməli olublar. “Qruziya online”ın yazdığına görə, baş verən qalmaqala qədər gürcü nümayəndələr restoranda “Saakaşvilinin sağlığına tost qaldırıb, Putini lənətləyərək kef edirdilər”.

Prezident mətbuat katibi isə xəbərə münasibət bildirərək belə bir hadisənin olmadığını deyib.

Səidə