Saakaşvilidən Sergey Lavrova vəzifə təklifi

saakasviliden-sergey-lavrova-vezife-teklifi-
Oxunma sayı: 635

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Gürcüstan prezidenti Mixayıl Saakaşvili bəyan edib ki, Sergey Lavrovu Turizm agenti kimi işə alsaq, pis olmaz: “Onun rusların Gürcüstana səfər etməsinin təhlükəli olması ilə bağlı bəyanatından sonra Rusiyadan olan turistlərin sayı artıb”.

Prezidentin sözlərinə görə, Rusiya xarici işlər naziri öz bəyanatı ilə Gürcüstanı yaxşı reklam edib: “Lavrova turizm agenti vəzifəsini təklif edə bilərik və ona maaş yazarıq. Bütün ayı o bu haqda danışır və hər kəs artıq onun bəyanatını eşidib. O, artıq son həftələr ərzində yeddinci dəfədir ki, Gürcüstanı reklam edib”.

Saakaşvili vurğulayıb ki, Gürcüstan vətəndaşları üçün vizasız rejim elan olunandan sonrakı bir ay ərzində Rusiyadan olan turistlərin sayında kəskin artım müşahidə olunub.



Səidə