Saakaşvilinin nazirləri ölkəni tərk edir

<b>Saakaşvilinin nazirləri ölkəni tərk edir</b>
Oxunma sayı: 286

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bütün gecə ərzində Tbilisi aeroportunun hökumət zalına dövlət nömrə nişanlı və tünd şüşələri olan avtomobillər daxil olub.

Yüksək çinli məmurların ölkəni tərk etməsinə səbəb isə “Vahid Milli Hərəkat” partiyasının məlum məğlubiyyəti göstərilir.

“Maestro” teleşirkətinin yaydığı xəbərə görə, ölkəni tərk edən məmurlar arasında Gürcüstanda bir sıra biznes sahələrinə nəzarət edən ədliyyə naziri Zurab Adeişvili və eks müdafiə naziri David Kezeraşvili də ola bilər.

Məlumat rəsmi təsdiqini tapmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi