Saakaşvilinin sevgilisi üzə çıxdı - Fotosessiya

saakasvilinin-sevgilisi-uze-cixdi-fotosessiya
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, məqalədə Ukrayna müğənnisi və aparıcısı İvanna Melayın Saakaşvili ilə olan əlaqəsindən və bunun dövlət büdcəsinə 500 min lari hesabına başa gəldiyi qeyd edilib.

Müəllif bildirir ki, Melay artıq bir ildir ki, Gürcüstanda yaşayır və vətəni Ukraynaya qayıtmaq niyyətində deyil: “Yəqin ki, bu gün Saakaşvilinin onu maliyyələşdirdiyi o böyük məbləğdə pulu alana qədər burada yaşayacaq”.

İvannanın “gürcü qonaqpərvərliyi” ilə ilk dəfə yenilənmiş Mestiya kurortunun təntənəli açılış mərasimində tanış olduğu yazılıb: “Oxudu, oynadı və Gürcüstan prezidenti ilə tanış oldu. Bundan sonra musiqi karyerasını, Ukraynanın məşhur telekanalındakı müəllif verilişini buraxdı və Tiflisdə yaşamağa qərar verdi. Bu rəsmi informasiyanı İvanna özü də təsdiqləyib”.

Gürcüstanın yüksək cəmiyyətində də Melayın “Mişinin qızı” adlandırıldığını yazan jurnalist Saakaşvili ilə dostluğunun hesabına onun “Qafqazın Birinci Kanalı” (PİK) ilə yarım milyonluq müqavilə bağladığı (kanal Gürcüstan hökumətinin büdcəsi ilə maliyyələşir) və Batumidə solo konsert verməsi qeyd edilib.

Məqalədə, həmçinin İvannanın yüksək səviyyəli əyləncə mərkəzlərində fəxri qonaq statusu tələb etdiyi və Batuminin “Şeraton” və “Redisson” otellərinin ona pulsuz xidmət etdikləri deyilir.

Səidə