Sabah qadınlar piket keçirəcək

sabah-qadinlar-piket-kecirecek
Oxunma sayı: 649

Bu barədə “Qafqazinfo”ya məlumatı Təşkilat Komitəsinin üzvü Aynur İmranova verib.
Bütöv Azərbaycan Qadınlar Parlamenti Cənubi Azərbaycanda, Azərbaycan Respublikasında, Avropa və dünyanın bir çox yerində aktiv siyasi fəaliyyətlə məşğul olan qadınları bir araya gətirib. Qurum Güney Azərbaycanın Milli müqəddəratının təyini və Bütöv Azərbaycan Hərəkatının aktivləşməsi istiqamətində fəaliyyət göstərəcək. Eyni zamanda, aydın qadınların, yazar və alimlərin Bütöv Azərbaycan mübarizəsinə qoşulmasına yardımçı olmaq istiqamətində də xüsusi fəaliyyət proqramı hazırlayıb. Bütöv Azərbaycanın regional və qlobal prespektivinin əsaslandırılması və bu yöndə beynəlxalq ictimai rəyin formalaşdırılmasına nail olunması, bu məqsədlə Bütöv Azərbaycanın fəlsəfi, idealoji, iqtisadi, siyasi, kültürəl, dini, tarixi, sosioloji, ədəbi-bədii nəzəri əsaslarının konseptual doktrinalarının hazırlanmasına yönəlik tədbirlər planının həyata keçirilməsi də qurumun əsas götürəcəyi prioritet sahələrdəndir.
Bütöv Azərbaycan Qadınlar Parlamenti sentyabrın 3-də ilk tədbirini keçirməyi planlaşdırır. İran səfirliyinin qarşısında keçiriləcək piketdə Urmu gölünün qurudulması, eyni zamanda Cənubi Azərbaycanda son günlər çoxsaylı həbsləri pislənəcək, həbs olunan türklərin azadlığa buraxılmasını tələb ediləcək.