Şagird avtomatla iki yoldaşını güllələdi

sagird-avtomatla-iki-yoldasini-gulleledi
Oxunma sayı: 665

“Qafqazinfo”nun “İnterfaks”dan əldə etdiyi məlumata görə, respublikanın hüquq mühafizə orqanları hadisənin uşaq düşərgəsində baş verdiyini bildirib.
Avtomat silahın düşərgəyə polislər tərəfindən yeniyetmələrə məşğələ keçmək üçün gətirildiyi xəbər verilir. Məşğələdən sonra polisə məxsus olan AKM markalı tabel silahı baxımsız vəziyyətdə tədris yerində qalıb. Avtomatın sahibsiz qalmasından istifadə edən 11-ci sinif şagirdinin ehtiyatsız davranması nəticəsində bədbəxt hadisə baş verib.
Hadisədə yaralanan 9 və 10-cu sinif şagirdlərinin həyatına təhlükənin olmadığı xəbər verilir. Baş verən insidentlə bağlı araşdırma aparılır.