Şahzadə telekanalın aparıcısı oldu

sahzade-telekanalin-aparicisi-oldu-
Oxunma sayı: 631

“Qafqazinfo”nun məlumatına görə, bu hadisə şahzadənin BBC-nin Şotlandiya bölməsinin qərargahına səfəri vaxtı baş verib.

Aparıcı “sevinclə” “telekanalın meteoroloji komandasının yeni üzvü”nü tamaşaçılara təqdim edib. Bundan sonra şahzadədən Şotlandiyada hava haqqında xəbərləri oxumağı xahiş edib.

Şahzadənin ani çaşqınlığı da nəzərdən qaçmayıb. Lakin Çarlz şəkillərin dəyişdirilməsi üçün aparatın iş prinsipini tez bir zamada mənimsəyib və hava proqnozu barədə məlumatları tamaşaçılara çatdıra bilib.