Salehi Həsən Firuzabadini müdafiə etdi

salehi-hesen-firuzabadini-mudafie-etdi
Oxunma sayı: 689

“Qafqazinfo”nun məlumatına görə, Salehi Azərbaycan mətbuatında İran Firuzabadinin Azərbaycanın daxili işlərinə qarışmasına dair yer alan açıqlamaların tamamilə yalan olduğunu və bu kimi iddiaları ortaya atanların başqa hədəfləri olduğunu bildirib. İranın xarici işlər naziri Azərbaycan mətbuatındakı xəbərlərin uydurma olduğunu qeyd edərək, belə bir açıqlamanın da olmadığını bildirib.

Xatırladaq ki, İranın Mehr agentliyində ölkənin Baş qərargah rəisi general Həsən Firuzabadinin prezident İlham Əliyevi bəzi sionist rejimlərlə işbirliyi quraraq İranla dostluq münasibətlərinə əhəmiyyət verməməkdə ittiham edən bəyanat dərc edilmişdi.

Səidə