Samir Cavadzadə: “Bıçağı onun boynundan soxdum”

samir-cavadzade-bicagi-onun-boynundan-soxdum
Oxunma sayı: 1575

“Qafqazinfo” xəbər verir ki, S. Cavadzadə saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə gətirilib. Bölmədə ifadə verən Samir Cavadzadə Elvin Hüseynovu bıçaqladığını təsdiqləyib. O, ifadəsində göstərib ki, Elvin onu istirahətini pozduğuna görə bıçaqlayıb: “Səhər saat 5-də Azad Şabanovun “Hiss et” klipinin təqdimat mərasimindən qayıtmışdım. Bütün gecəni yuxusuz qalmışdım. Yatmaq istəsəm də, Elvinin səs salması mənə mane olurdu. Ona görə aramızda mübahisə yarandı. Elvin məni vurdu, mən də bıçağı onun boynundan soxdum. Sonra isə maşına mindirərək xəstəxanaya apardırm”.

Qeyd edək ki, Elvin Hüseynov “Pixel” foto-agentliyinin fotoqrafıdır.