Samir Cavadzadə - “Bu da son”-Video

samir-cavadzade-bu-da-son-video
Oxunma sayı: 1612





Xəbər verdiyimiz kimi Azərbaycanı ilk dəfə “Eurovizion” yarışmasında təmsil edən Samir Cavadzadə dünən Rusiyaya qaçarkən həbs edilib. “Qafqazinfo”nun məlumatına görə, S. Cavadzadə otaq yoldaşı və dostu Elvin Hüseynovu bıçaqlandığına görə ona ölkədən çıxmamaqla bağlı xəbərdarlıq edilsə də, müğənni gizli yolla Rusiyaya keçmək barədə qərar qəbul edib. Lakin o, Azərbaycan-Rusiya sərhədində həbs edilərək geri qaytarılıb. Bu gün müğənni barəsində həbs-qətimkan tədbirinin seçiləcək.

Bu gənc müğənni haqqında daha bir maraqlı məlumat redaksiyamıza daxil olub. Belə ki, bu hadisə Samirin başına gələn ilk kriminal deyil. Hələ bir neçə il əvvəl onun atası da oxşar situasiyanın qurbanı olub. Belə ki, Samiri öz sevgilisi ilə yataqda tutan atası həmin şəxsi döyməyə başlayır. O, isə əlinə keçən bıçaqla Samirin atasını qətlə yetirir.

Bu günlərdə isə artıq bildiyiniz kimi Azərbaycanı ilk dəfə “Eurovizion” yarışmasında təmsil edən Samir Cavadzadə dostu və otaq yoldaşını oxşar situasiyada mübahisə zəminində bıçaqlayıb.

Belə bir məqamda portalımız Samir Cavadzadənin dinləyiciləri üçün onun ifasında səslənən “Bu da son” mahnısını təqdim edir.

SamirCava.flv