Sarkisyan dünyanın üzünə durdu – Heç kimə ərazi iddiamız olmayıb

sarkisyan-dunyanin-uzune-durdu-hec-kime-erazi-iddiamiz-olmayib
Oxunma sayı: 754

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyan deyib. Onun sözlərinə görə, Ermənistan hələ 2007-ci ildə bildirib ki, Madrid prinsiplərinin əsasını təşkil edən gücün tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ Qarabağ münaqişəsinin ədalətli nizama salmasına nail olmağa imkan verir: “Son illərdə azərbaycanlılar məmurlarından tutmuş, prezidentə qədər bildiriblər ki, məsələnin həllinə hərbi yolla nail olmağa hazırdırlar”. Sarkisyan bunun birinci prinsipin pozulması adlandırıb: “İkinci prinsip barədə sualımız yoxdur. Ermənistan dövləti heç vaxt nəinki Azərbaycana heç hansısa başqa dövlətə də ərazi iddiaları qaldırmayıb. Buna görə də Ermənistan indiyə qədər Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Xalqların öz müqəddəratını təyin etmə hüququ bizə aydın və münasibdir. Bu son illərdə bir neçə dövlətin yaranmasına imkan verib. Azərbaycanlılar isə başqa cür düşünürlər.

Bu 20 ildə biz xalqımızı müharibəyə hazırlamırdıq. AŞPA-nın fəaliyyəti çox faydalıdır. Biz dözülməzliyə dözülməzliklə cavab vermək istəmirik. Konkret nümunəni deyəcəyəm: Dağlıq Qarabağın problemi illərlə həll edilmir. Müdafiə naziri kimi mən 15 il qarşılıqlı güzəştlər yolu ilə problemin həlli haqqında danışırdım. Siz belə mövqeni Azərbaycanın vəzifəli şəxslərindən eşidirdiniz? Dözülməzlik haqqında mən məhz bunu nəzərdə tuturam. Mən ABŞ, Fransa və Rusiya prezidentlərinin dünya xalqlarını müharibəyə deyil, sülhə səsləyən bəyanatını yüksək qiymətləndirirəm”.


Nərgiz Ehlamqızı