Sarkisyan İlham Əliyevə cavab verdi

sarkisyan-ilham-eliyeve-cavab-verdi
Oxunma sayı: 724

“Qafqazinfo”nun “Panoramo” saytına istinadən verdiyi xəbərə görə, Serj Sarkisyanın mətbuat xidmətinin məlumatına əsasən, Ermənistan prezidenti İlham Əliyevin atom stansiyası ilə bağlı fikirlərini açıq-aşkar yalan informasiya adlandırıb: “Azərbaycan prezidenti tərəfindən burada Ermənistan AES ilə bağlı səsləndirilən açıq-aşkar dezinformasiya məni təəccübləndirmir. Belə ki, Azərbaycanda Ermənistanın ünvanına atılan böhtanlar artıq uzun zamandır ki, fəaliyyət üsulu olub. Eyni zamanda, yüksək tribunalarda ancaq Ermənistan və Dağlıq Qarabağa aid hər şey təhrif olunmur, həm də beynəlxalq ictimaiyyət, sizin və bizim tərəfimizdən qəbul edilən tərəfindən qəbul edilən sənədlər də. Onlar hətta BMT TŞ-nın Dağlıq Qarabağla bağlı məlum qətnamələrini də təhrif edirlər. Unudurlar ki, məhz onlar hərbi fəaliyyətə başladılar və onlar da bunu bitirməkdən imtina etdilər. Onlar indi gündəlik olaraq hərbi (davakar) bəyanatlarla çıxış edir və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həllini rədd edirlər”.
Sarkisyan Çernobil və Fukusimo faciələrinin Ermənistan üçün istisna vəziyyət olduğunu vurğulayaraq qeyd edib ki, xalqının sabit inkişafını təmin etmək və həyat səviyyəsinin yaxşılaşdırmaq üçün Ermənistan kimi çox az alternativlər var.

Səidə