Sarkisyan klan-ailə prinsiplərinə qarşı çıxdı

sarkisyan-klan-aile-prinsiplerine-qarsi-cixdi
Oxunma sayı: 668

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, proporsional siyahıların hazırlanması zamanı prezident Sarkisyan siyahıya nəinki biznesmen-oliqarxları daxil etməməyə, eyni zamanda klan-ailə prinsiplərindən uzaq durmağa çağırıb. Sarkisyan qeyd edib ki, bunun üçün onun özü də nümunə olmağa hazırdır. Belə ki, onun qardaşlarından heç biri proporsional siyahıya salınmayacaq və majoritar seçki sistemi üzrə namizədliklərini irəli sürməyəcəklər. Bununla da Aleksandr Sarkisyan (Saşik) parlament seçkilərində iştirak edə bilməyəcək.

Qeyd edək ki, bu yaxınlarda “Jamanak” qəzeti Saşikanın yerinə Sarkisyanın digər qardaşı Levon Sarkisyanın deputat olacağı barədə məlumat yaymışdı.

Səidə