Sarkisyana qədər Ermənistanın çox hissəsi satılmışdı

sarkisyana-qeder-ermenistanin-cox-hissesi-satilmisdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, hesabatda qeyd olunur ki, Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyanın müstəqil dövlətlərinə təsiri zəifləyir və Rusiya bu nüfuzunu qaytarmaq üçün çoxsaylı addımlar atır: “Cənubi Qafqazda Ermənistan artıq Rusiyanın onun müstəqilliyinə təsiri ucbatından iqtisadi qurbana çevrilib. Azərbaycan və Gürcüstan müxtəlif yollarla Rusiyadan ayrılıblar”.

Cənubi Qafqazda Rusiyanın təsir rıçaqları müxtəlif qiymətləndirilir: “Ermənistandakı bu iqtisadi və hərbi rıçaqlar Azərbaycanda daha az müşahidə olunur. Rusiyanın Ermənistana təsiri o qədər böyükdür ki, müstəqilliyin çatışmaması Ermənistan üçün bir nömrəli narahatlığa səbəb olmalıdır”.

Bundan başqa hesabatda o da vurğulanır ki, Rusiyanın ümumi təsir nüfuzunun zəifləməsi fonunda Abxaziya və Cənubi Osetiyada bu göstərici artıb. Belə ki, Rusiyanın hər il bu ölkələrə xərclədiyi 250 milyon dollar hesabatda “dəyərsiz” hesab olunur.
Dağlıq Qarabağ məsələsinə gəlincə, "Chatham House”un qiymətləndirməsinə görə, Rusiyanın Dağlıq Qarabağ məsələsində Ermənistana vasitəçiliyi üç əsas marağa söykənib: Türkiyənin təsirinin məhdudlaşdırılması, müstəqilliyinin ilk illərində azərbaycanda qarşıdurma yaratmaq və Rusiyanın böyük erməni cəmiyyətində əks olunan qədim mədəni əlaqələr. Lakin Rusiyanın bu məsələdə təsirinin son illər dəyişdiyi qeyd olunub. Hesabata görə, Rusiyanın eks-prezidenti Dmitri Medvedev sələfləri ilə müqayisədə daha çox səy göstərib: “Lakin Rusiya, mümkündür ki, münaqişənin nizamlanmasında maraqlı deyil”.

“Dağlıq Qarabağ münaqişəsinin yenilənməsi Rusiyanın Azərbaycanda və Türkiyədə mövqeyini təhlükə altında qoya bilərdi, xüsusilə, əgər ermənilərin hərbi yardıma ehtiyacları yaranarsa. Bu, neft emal edən zavodların təhlükəsizliyinə də təsir edə bilərdi, Rusiya üçün isə münaqişənin manipulyasiysı daha çox enerji təhlükəsizliyi və maliyyə gəlirləri üçün lazımdır”.

Hesabatda qeyd olunur ki, Rusiya demək olar ki, tamamilə Ermənistanın enerji sistemi üzərində nəzarəti ələ keçirib. Məruzəçi bu məsələdə bütün məsuliyyəti Ermənistanın ikinci prezidenti Robert Koçaryanın üzərinə atır: “Ermənistan prezidenti 1998-2008-ci illərdə Ermənistanı mahiyyət etibarı ilə Çubaysu və digər Rusiyanın ticari və siyasi maraqlarına satıb...Koçaryandan sonrakı prezident Serj Sarkisyan daha az Rusiyameyilli görünür, lakin onun 2008-ci ildə seçilməsinə qədər ölkənin böyük bir hissəsi artıq satılmışdı”.

Səidə