Sarkozi Karla üçün siyasəti buraxır

sarkozi-karla-ucun-siyaseti-buraxir
Oxunma sayı: 647

Sarkozinin partiyası onun, “seçkiləri uduzarsam, siyasəti buraxaram”, sözünə inanmır.

“Qafqazinfo”nun məlumatına görə, Nikolya Sarkozi ilə eyni partiyada siyasətçi olan və eks nazir Patrik Devedjian Sarkozinin siyasəti buraxacağına inanmadığını deyib.

P. Devedjiana görə, Sarkozi bu sözləri Karlayı məmnun etmək üçün deyir: “Prezident seçkilərində məğlub olarsa, siyasətə dönmək üçün o beynində çoxdan planlar qurub. Sarkozi bir neçə ay siyasətdən kənar qalacaq, sonra 2014-cü ildəki Paris meri uğrunda keçirilən seçkilərdə namizədliyini irəli sürəcək. Beləliklə, həm yenidən Parisin başında olacaq, həm də 2017-ci ildəki prezident seçkilərinə namizədliyini verəcək”.

Xatırladaq ki, Fransanın hazırkı prezidenti Nikolya Sarkozi mayın 6-da keçiriləcək prezident seçkilərində məğlub olacağı təqdirdə siyasəti buraxacağını bəyan edib.