Sarkozi məqsədinə çatır

sarkozi-meqsedine-catir
Oxunma sayı: 667

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, Fransa mətbuatı 22 apreldə keçiriləcək prezident seçilərində 10 namizədin mübarizə aparacağını yazıb.

Son rəy sorğularında sosialist namizəd Francios Hollandenin daha şansı olduğu görünürüdü. Lakin prezident Nikola Sarkozinin “hücumçu” kampaniyayla aradakı fərqi azaltdığı bildirilir.

Qeyd edək ki, Fransa qanunvericliyinə görə, prezident seçkilərnin ilk turunda namizəd ola bilmək üçün namizədlərin millət vəkili, senator, bələdiyyə sədri və ya bölgə məclisi üzvlərinin ən azı 500 nəfərinin dəstəyinə sahib olması lazımdır.