Sarkozi verdiyi sözə əməl etmədi

sarkozi-verdiyi-soze-emel-etmedi-
Oxunma sayı: 661

Ali Babacan bildirib ki, Sarkozi qanun layihəsinin parlamentdən keçməyəcəyinə söz vermişdi. Onun sözlərinə görə, o özü bu vədlərə şahid olub. Babacan onu da qeyd edib ki, Sarkozi bu cür iddianın olduğunu, lakin narahatlığa heç bir əsasın omadığını bildirib. Çünki o, qanun layihəsinin parlamentdə müzakirə olunmayacağına şəxsən zəmanət verib. İndi isə onun seçkidə daha çox səs toplamaq üçün belə bir addım atması bizi təəccübləndirir.

Qeyd edək ki, Fransa parlamentinin aşağı palatası qondarma erməni soyqırımının inkarını qadağan edən qanun lahiyəsi qəbul etsə də, bəzi ekspertlər Sarkozini sərt şəkildə tənqid ediblər. Onların sözlərinə görə, Sarkozi gələn ilin may ayında keçiriləcək prezident seçkisində erməni cəmiyyətinin hesabına daha çox səs toplamaq üçün onlara yaltaqlıq edir. Lakin qanun lahiyəsinin qüvvəyə minməsi üçün parlamentin yuxarı palatası olan Senat tərəfindən də qəbul ediməsi lazımdır.

anspress