BŞBPİ-dən baş kəsən ərlə bağlı- - Açıqlama

bsbpi-den-bas-kesen-erle-bagli-
Oxunma sayı: 2108


Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) və şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən birgə məlumatda qeyd olunur ki, yanvarın 26-da saat 12 radələrində paytaxtın Nərimanov rayon sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlham Elləz oğlunun qısqanclıq zəminində yaşadığı evdə arvadı, 1979-cu il təvəllüdlü Süleymanova Məhəbbət Nəriman qızının boğaz və bədəninin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.Süleymanov daha sonra rayon hüquq-mühafizə orqanlarına könüllü gələrək təslim olub və şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.