Səddam Bakıda həbs olundu

seddam-bakida-hebs-olundu
Oxunma sayı: 648

Martın 12-də Naximov küçəsində yaşayanlar Samir İsrafilov mübahisə zəminində atası Yanvar İsrafilovu bıçaqla qətlə yetirdiyinə görə Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Martın 13-də N.Yusifbəyli küçəsində yaşayanlar Zülalşah Əliyev qısqanclıq zəminində həyat yoldaşı Zəminə Əliyevanı bıçaqladığına görə Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

S.Ə.Şirvani küçəsində yaşayan Bakı şəhər sakinləri Səddam Əlili mübahisə zəminində bıçaqla Elviz Axundovu və Nemət Quliyevi bıçaqladığına görə martın 12-də Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Məlik Quliyev martın 12-də tutulub.

2011-ci il dekabrın 22-də Bakı şəhər sakini Firəngiz Abbasovaya məxsus Hövsan qəsəbəsi E.Qasımov küçəsində yerləşən mağazadan pəncərədən daxil olma yolu ilə 1300 manat, danışıq kartları və ərzaq malları oğurlanıb. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakinləri Valeh İbrahimov və Orxan Məmmədli martın 12-də tutulub.