Şəhərdə “Bu şəhərdə”nin ofisi qarət olundu

seherde-bu-seherdenin-ofisi-qaret-olundu-
Oxunma sayı: 1473

Bu barədə Trend-ə "Bu şəhərdə"nin ssenaristi və prodüseri Müşviq Abbasov məlumat verib.

"Ofisimizin altını üstünə çeviriblər, kompüterləri və texnikanı oğurlayıblar. Hazırda dəyən ziyanın miqdarı hesablanır. Biz Yasamal Rayon Polis İdarəsinə müraciət etmişik. İdarə cinayət işi açıb və cinayətkarların axtarışı ilə məşğul olur", - Abbasov deyib.

"Bu şəhərdə"nin aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimovdur.