Səidə Dadaşova sürprizlərlə gəlir

seide-dadasova-surprizlerle-gelir-
Oxunma sayı: 2780

Bu barədə Milli.Az xəbər portalına S.Dadaşovanın həyat yoldaşı Səlcuk bəy məlumat verib. O, bundan sonra Bakıda yaşayıb işləyəcəyini dedi:

“Biz artıq Bakıdayıq. Mən də burada işləyəcəyəm. Səidə xanımın işlərində ona kömək edəcəyəm. Onun işləri hər gün yaxşı olur. Allah qoysa, Səidə xanım böyük sürprizlərlə gələcək”, - Səlçuk bəy dedi.

Nəzərinizə çatdıraq ki, cütlüklə paytaxt klublarının birində rastlaşmışdıq və onların yeni görüntülərini sizə təqdim edirik.

Qeyd edək ki, müğənni Səidə Dadaşova və Səlcuk bəy bir neçə il əvvəl Türkiyədə ailə həyatı qurublar.