Şəmkirdə qadın sürücü “BMW-X6” ilə adam öldürüb qaçdı

semkirde-qadin-surucu-bmw-x6-ile-adam-oldurub-qacdi
Oxunma sayı: 760

Avqustun 26-da saat 21:10 radələrində rayon ərazisində, Şiştəpə kənd sakini Arzu Aslanova idarə etdiyi "BMW-X6" markalı avtomobillə Şəmkir şəhər sakini Məhərrəm Hüseynovu vurub. M.Hüseynov aldığı xəsarətdən hadisə yerində ölüb.

Bu qəzanı törədən Arzu xanım hadisə yerindən qaçıb. Deyilənə görə, onun qardaşı Rusiyada böyük bizneslə məşğul olur.