Şəmsəddin Hacıyevdən açıqlama gəldi

semseddin-haciyevden-aciqlama-geldi-
Oxunma sayı: 666

Bu da fiziki cəhətdən mümkün olmadığı üçün tələbələr etiraz etmişdi. Dünən universitet rəhbərliyi məsələni yoluna qoysa da, bu gün rektor Şəmsəddin Hacıyev “Qafqazinfo”ya açıqlamasında tələbələrin nədən narazılıq etmələrinə aydınlıq gətirib. Onun sözlərinə görə, tələbələr kollokviumu birinci dəfə deyil həyata keçirilir: “Bu bizim universitetdə çoxdan başlayan prosesdir və hər ay baş tutur. Lakin indiki vəziyyət Novruz bayramındakı istirahət günlərindən sonra yaranan zaman sıxlığı ilə bağlı olmuşdu. Əslində bu sistem tələbələrin xeyrinə olan bir prosesdir. Çünki yarana biləcək hər hansı neqativi istisna edir. Tələbələrin hər kollokviumdan topladığı bal onların aktivinə yazılır” .

Ş. Hacıyev baş verənlərlə bağlı tələbələrlə bir-bir görüşdüyünü və söhbət etdiyini deyib. Onun sözlərinə görə, dünən baş verən anlaşılmazlıq tələbələrə edilən subyektiv müdaxilələr və bəzi dekanların situasiyanı normal izah edə bilməmələrindən yaranıb. Rektor deyib ki, İqtisad Universitetində proseslər tam şəffaflıq şəraitində davam edir: “Siz təsəvvür edin ki, biz universitetin öz hesabına qış semestrini əla və yaxşı qiymətlərlə başa vuran 1200 tələbəyə 50-40 manatlıq təqaüdlər verdik. Bu məbləği yay semestrində 100 manata çatdırmaq niyyətindəyik. Çünki onlara verilən stimulun müsbət nəticələrini görürük. Bir daha deyirəm ki, İqtisad Universitetində bütün proseslər şəffaf, insan müdaxiləsi olmadan, kompüterləşdirilmiş qaydada, kameraların nəzarəti ilə həyata keçirilir. Bütün auditoriyalara nəzarət mümkündür. Ona görə də, deyirəm ki, heç bir narazılıqdan söhbət gedə bilməz” .