“Sən Sabir Rüstəmxanlının vəkilisənmi?”

sen-sabir-rustemxanlinin-vekilisenmi
Oxunma sayı: 1099

Cənab Oktay Hümbətli
Hörmətli fizikşünas!

Mən də sənin yazını oudum. Çox təəssüfləndim və kədərləndim ona
görə ki :
- Gorünür mənim yazımdan 2 həftə keçəndən sonra çox çalışıb və DAK-da kimlərlə isə məsləhət edib nəhayət bir yazı yazmısan.
- Mənim yazımı ya mükəmməl oxumamısan, ya da oxuyub dəqiq düşünməmisən. Tövsiyə edirəm mənim yazımı bir daha oxu.
- Yazında təhqir, tərbiyəsizlik və düşüncəsizlik mahiyyəti daşıyan bir sıra sözlər var ki, hesab edirəm ki, o sözləri güzgü qarşısında, o güzgüdə gördüyün şəkilə yazmısan. Bunun üçün də onlara cavab vermirəm. Həm də ədəbi yerinə yetirmək vacibdir.

Mən 4 ildir ki, səfir deyiləm və dövlət işindən də təqaüdə çıxmışam. Mənə səfir kimi xitab etməyin başqa sözlərin kimi düzgün deyil. Əslində mən bir müstəqil şərhçi kimi yazıram və kimdənsə də asılılığım yoxdur. Elə bu səbəbdən də İranda və Azərbaycanda bir sıra məntiqsiz adam məni ittiham edirlər. Hər halda zaman keçəcək dost da, düşmən də iki tərəfdə üzə çıxacaq. Allah böyükdür.

Sinif şagirdi səviyəsində yazıya elə ibtidai yazı səviyyəsində cavab vermisən. Mənim yazım sən dediyin səviyyədə olsaydı səni bu qədər əsəbləşdirməzdi ki, ancaq hissiyyatından bəhrənələrək məntiqsiz və qeyri-real bir yazı yazasan.

Bəli necə ki, sən rus dilində təsil almısan mən də fars dilində təhsil almışam. Amma yazım Azərbaycan dilində olanda elə Azərbaycan dilində düşünüb yazıram. Fars dilində də yazanda farsca fikirləşib yazıram. Əlbəttə, bu sözlər fikrin mahiyyətini dəyişmir. Sənin yazdığın belə sözlər bu məsələ uyğun gəlir: Aşığın sözü qutaranda dalay dalay deyir. Mənimlə sənin fərqimiz budur ki, sən fars dilində nə danışa bilirsən, nə də yaza bilirsən. Fars dilini bilsəydin farslara öz dillərində deyərdin və yazardın. Onlar da sənə cavab yazardı. İkinci fərqimiz budur ki, mən və İranda ki, azərilər əski əlifbada da yaza bilirik, amma sən yaza bilmirsən. Ona görə də İranda nəşr olunan yüzlərcə Azərbaycan dilində şeir kitablarını və qəzetləri oxuya bilmirsən. Buna baxmayaraq fars dili və ədəbiyyatı keçmişdə, elə sən dediyin Səfəvi dövründə çox inkişaf edib və elə həmən zamanda rəsmi dil olub. Fars dili o qədər güclü olub ki, Osmanlı imperiyasında da istifadə olunub və elə indi də türk dilində fars və ərəb kəlmələri az deyil və türklər bunu etiraf edirlər. Hətta tarixi bir sərmayə kimi onu dəyərləndirirlər. Əgər Mustafa Kamal Paşa əl vurmasaydı indi türk dilinin əlifbası elə fars və ərəb əlifbası idi. Bunun üçün fars əlifbası üzərində təkid edirəm ki, fars əlifbasında 4 hərf var ki, ərəb əlifbasında yoxdur və Azərbaycan dilində, əski əlifbada yazanda o 4 hərfdən çoxlu istifadə olunur.

Yazında Albert Enşteyndən isbat gətirmisən. Amma heç onun tövsiyəsini yerinə yetirməmisən. Yaxşı olardı ki, Albertin vəsiyyətinə əməl edib elə sən də fiziki məsələlərlə məşğul olardın. Yazının məzmunu gostərir ki, siyasətdən və tarixdən bir o qədər də başın çıxmır və arzularından, yaxud şəxsi mənafe uğrunda yazırsan.

Sən Sabir Rüstəmxanlının vəkilisənmi, onu müdafiə edirsən? Allaha şükür olsun, o özü yaşayır və səndən yaxşı da danışıb yaza bilir. Mən yazımda sənin yazının əksinə heç kimi təhqir etməmişəm. Yazımdakı tapılar sözü də məsəl gətirmək üçün isitfadə olunub. Məni iitihamlandırmısan ki, Azərbaycan dilini yaxşı bilmirəm. Mən iddia etmirəm ki, Azərbaycan dilini yaxud başqa dilləri yaxşı bilirəm, amma onu da bilirəm ki, mən Azərbaycan dilini Azərbaycandakı bəzi məsul şəxslərlə müqayisə də hətta çox yaxşı bilirəm. Mənim anam da ümumi danışıq hesabilə Azərbaycan dilini səndən yaxşı danışır. Sən də yaxşı olardı ki, vaxtını Azərbaycan dilini ərəb, fars, rus və ingilis kəlmələrindən azad etməyə sərf edəsən, xüsusilə də öz ixtisasında, yəni fizikada, çünki, qeyri-azəri kəlmələr daha çoxdur. (Ümumiyyətlə texniki və eksprimental elmlərin ədəbiyyatında və dərsliklərində bu böyük problemdir. Təssüf ki, elə mən də sizlər kimi qeyri-azəri kəlmələrdən istifadə edirəm. Gərək bu məsələni həll edək)


Oktay Həzrtləri!
Mən yazımda yazmışdım ki, general Firuzabadi bir hərbçi olaraq o sözləri deməməli idi. Hətta əlavə etmişdim ki, o sözləri heç bir diplomat da deməməlidir. Amma demişdim ki, o sözlərin ortaya çıxmağının səbəbləri var və siyasətin real aləmindən və 20 illik xarici siyasətlə və İran Azərbaycan əlaqələrinin təcrübəsindən bəhrələnərək və Azərbaycanı sevərək o təklifləri etmişdim. Yenə də sözlərimin üstündəyəm. Baxmayaraq ki, hər sözü və fikri də yazmaq olmaz. Necə ki, sən də yazmırsan. Amma oxduğum dərslərdən, siyasət və beynəlxalq əlaqələr və əldə etdiyim təcrübədən yararlanaraq düşünürəm ki, siyasi yazılarda yazıçının yazılmayan sözlərini dərk etmək lazımdır. Elə nəzərə gəldi ki, səndə o qabiliyyət olmayıb ki, mənim yazımda yazılmayan nöqtələri tapa biləsən. Əlbəttə ki, bu belə də olmalı idi sənin ixtisasin fizikadır. İşsizlilkdən yaxud azad vaxtın olmağından və bəzi şəxsi maraq üçün, siyasətlə və tarixlə bağlı nəsə yazmaq istəmisən. Nə olar hər bir qoca kişinin də arzusu ola bilər.

Elə yeri gəlmişkən İran tarixilə bağlı bir-iki cümlə yazıram biləsən ki, məlumatın düzgün deyil. İran yəni Arilər yaşayan ərazi. Sasanilərdən öncə də İran adı var idi, amma Sasanilər bu adı rəsmiləşdirdilər. İran kəlməsi Arayanamdan tutulub. Fars dilində Ayeiryanadeyilib. Bir müddət də İranşəhr adlanıb, amma Sasanilər rəsmən İran deyiblər və bu ad o zamandan gəlir. İyr, yəni azad (azad olan) və İyran- İyrin cəmidir. Yəni, azad olanlar. İslam gəlmədən öncə indiki kiçik İrana elə İran deyilib. Həzrəti Məsihin mıladından 600 il öncə 1935-ci ilə qədər Avropada İrana Persiya deyirdilər, amma İranin daxilində İran deyilirdi. Persiya da pars ya fars deməkdi. Hər halda yeganə ərazi ki fars dili orada ayrıca idi, irani idi və bu iki məsələni bir tuturdular. Amma ikinci dünya müharibəsinə bir neçə il qalmış 1935-ci ildə Rza şah Pəhləvi rəsmən ölkələrdən və beynalxalq aləmdən tələb etdi ki, İran səsləsinlər və Persiya kəlməsi ifadə olunmasın.

Sənin iddia etdiyin 35 milyon azərbaycanlı ABŞ-ın konqres kitabxanasının ədəbiyyatında İranın 16%-ini təşkil edir. Amma CİA-nın “Dünya reallıqları” adlı kitabında 26% yazılır. Sən ki, Amerikaya inanırsan. İndi hesab elə gör İranin indiki əhalisinin sayı ki, 74 milyon 900 min nəfərdir. Onun 16 və ya 26%-i neçə milyon edər? Mən dediyimdən də azdir ki! Heç olmaya məmim zənn etdiyim statiskayla razı olsaydin sənin üçün sevindirici olar!

Əgər sənin düşüncələrin əsasında işlər getsə, onda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olması çox uzun çəkə bilər və onun taleyinin necə olacağı çətin vəziyyətə düşə bilər. Əgər İsveçdə İrandakı azərbaycanlıların taleyi ilə məşğul olursunuzsa və şəxsi mənafe uğrunda başqa ölkələrdən maliyyələşib İran ələyhinə çalışırısınızsa, deməli Qarabağ və 7 işğal olunmuş ərazini fikirləşmirsiz. Budurmu səndə olan milli qürur?

Mən son vaxtlar İran – Azərbaycan əlaqələrilə bağlı xatirələrimin bir hissəsini qafqazinfo.az saytında yazırdım. Görünür o xatirələri oxumamısan. Çünki, oxusaydın yazında, bəzi əsassız sözləri yazmazdın. Heç olmaya xəbərin olardı ki, mən İran diplomatı olmağıma baxmayaraq səndən və sənin kimilərdən daha artıq Azərbaycan xalqına xidmət eləmişəm.

Mən Naxçıvanda, Sədərəkdə olanda və Azərbaycan yaralılarını İran xəstəxanalarına göndərəndə sən harda idin ?

Mən mərhum Heydər Əliyev Naxçıvanda olan zaman, əhali qışın soyuq havasında yanacaq olamadan ağacları kəsib evlərini isidəndə mən də bu əhaliyə yardım üçün elə o soyuq havada gecəni sübhədək yatmayan zamanlarda harda idin? Mən Naxçıvana İrandan işıq ötürülən zaman sən harda idin? Mən Qarabağ ərazisinə gedən zaman sən harda idin? Nə işlə məşğul idin? Mən Azərbaycanda İran tərəfindən hərbi təlimlərin keçirlməsini və bu sahədə başqa yardımların edilməsində iştirak edəndə sən hansı bağda ya restoranda kefə baxırdın? Mən Azərbaycana çörək istehsalı üçün o ağır vəziyyətdə un göndərilməsində iştirak edəndə və sən elə rahat oturub elə həmən çörəyi nuş edəndə harda idin cənab fizikşünas? Mən Azərbaycanda uşaqlar, kimsəsizlər və yetimlər evlərində olanda və imkan dairəsində onlara yardım edəndə sən hansı xarici səfərdə idin? Harlarda İran ələyhinə görüşlər keçirirdin, müzakirələr aparırıdin və alş-veriş yapırdın?

Hamısını yazmaq istəmirəm. Minnətdə qoymaq istəmirəm. Mən İran dovləti tərəfindən görülən işlərin ya təklif edəni, ya icraçısı yaxud da iştirakçısı olmuşam. Düzdür indi Azərbaycanın iqtisadi vəziyyəti çox yaxşıdır, inşallah bundan da yaxşı olacaq, amma hələ 20% ərazisi işğal altındadır. Sən və hər bir Azərbaycan vətəndaşı bunu
düşünməlidir və əlindən gələni etməlidir. Bizim də arzumuzdur ki, tezlikə bu ərazi azad olsun. İstərsəniz bərpasında əlimizdən gələni edərik. İstəməsəniz də Allah yardımcınız olsun.

İstəyirəm soruşam indi sənə və sənin kimilərə yazıqlar olsun ya mənə? Utanmaq da yaxşı şeydir. Sən Sabir Rüstəmxnalıya bu qədər yaltaqlanma ki, DAK da sənə bir yağlı vəzifə versin, yaxud nəsə etsin səninçün. Çalış Azərbaycanın müstəqilliyini Allah tərəfindən olan bir hədiyyə kimi qoruya biləsən. Güman etmirəm ki, sən SSRİ vaxtı rus hakimiyyəti qarşısında durmuş olasan, nəsə edəsən. Kommunist Partiyasının partiya biletini alıb bəhrələnmisən. Heç Azərbaycanın müstəqilliyinə fikir verməmisən hətta təsəvvür etməmisən ki, bir gün gələr Azərbaycan müstəqil olar. İndi ki, bu neməti Allah verib çalışın onu qoruyasınız. 20% torpaqları inşallah geri alasınız və mükəmməl ərazi bütövlüyünüz bərpa olsun. Ərdəbildə bizim yerlilər bir məsəl deyir, sənə də onu tövsiyə edirəm. “Artıq tamah baş yarar”.

Yenə deyirəm hər işi işbilənə vermək gərək. Bir məsəlimiz də var ki, deyir: “Unu ver çörəkçiyə, bir çörək də artıq”. Sən də öz işinlə məğul ol. Fars dilində bir beyt şeir yadıma düşür onu da məsləhət görürəm sənə deyəm. Şeir belədir: “Tərsəm nəresi be kəbe ey əərabi torkestan ast in rəh ke to mirəvi be”. Yəni, belə getsən gorxuram kəbə əvəzinə turkustandan baş çıxarasn!

Cənab fəlsfə doktoru !
Sən və DAK-çılar ki, 5 cüt bir tək insanlar siz ki, bir-birinizlə də savaşdasız. Hər kəs bir tərəfə çəkir ki, İranın düşmənləri verdiyi paralardan daha çox bəhrələnsin. Deyirsiz ki, İranda Azərbaycan dilinə qadağa qoyulub. Bəli məktəblərdə tədris olunmur. Mən də
bilirəm bunun da səbəbi elə sizsiniz, yoxsa bizim konstitusiyaya əsəsən bu olmalıdır. Amma sorum budur ki, elə tədris olmaya-olmaya mərhum Şəhriyar Azərbaycan dilində şeir divanı buraxıb ki, heç də Azərbaycanın şairlərindən əksik deyil. Şəhriyar harada yazdı bu şeirləri? Oradamı, yoxsa buradamı? Şəhriyarın oradakı şairlərlə müqayisədə bir üstünlüyü də var, o da budur ki, onun fars dilində də şeir divanı var ki, Azərbaycan dilindəkindən daha artıqdır. Onun daha bir üstünlüyu var ki, ordakılarda yoxdu. O da budur ki, Şəhriyar azəri dilindəki şeirlərini əski əlifbada yazıb. Amma siz o əlifbanı unudubsunuz! İndi də İranda Şəhriyar kimi də olmasalar çoxlu Azərbaycan dilində yazan şairlərmiz var. Sən İran azərilərin çox sevirsənsə, bir zəhmət çək Bakıda bir sərgi təşkil et, İrandan olan azəri şeir kitablarını və qəzetlərini sərgilə və bir neçə şairi də bir neçə gün Azərbaycanda qonaq elə. Həm məlumatın çoxalsın, həm də özünə yeni dost tap. Mən də sənə bu işdə İran tərəfindəki işlər üçün köməkçi olaram. Bunlardan əlavə mərhum Nizami Gəncəvi elə fars dilində yazıb.

Mənim yazımla sənin yazdığında bir sıra fərqlər var. Mən real yazmışam, problemin həlli yolların sadəcə təklif etmişəm, məhəbbətdən yazmışam, amma sən əsəbi, məntiqsiz və qeyri-real yazmısan və düyünləri daha artıq düyünlənməsinə təkliflər verib, tikan batırmaq istəmisən. Mən istəmişəm Azərbaycan Respublikasının müstəqilliyi möhkəmlənsin, ərazi bütövlüyü tam bərpa olsun, amma sən heç bunları düşünmədən düşmən dəyirmanın su tökmüsən. Fars dilində bir məsəl var: “çera aqel konəd kari ke baz arəd pəşimani?” Yəni, niyə ağıllı adam bir iş görsün ki sonra peşman olsun?

Sənə başqa bir təklifim də, filosof həzrətləri, tarixi məsələlər üzrədir ki, yazında bir az düz, bir az yanlış informasiya vermisən. Bir konfrans təşkil et və İrandan, Azərbaycandan və başqa ölkələrdən İran və Azərbaycan tarixi ilə bağlı mütəxəssisləri dəvət et və şəffaf bir iclas təşkil et. Əlbəttə, bu işə 2-3 ay öncə başlamalısan ki, yaxşı bir iş ortaya çıxsın. Mən də sənin bu işinə yardımçı olaram. Özü də elə edərik ki, İran dövlətinin indiki tənqidçilərindən də o konfransa dəvət edəsiniz. Elə mən də o təqnidçilərdən biriyəm. İndi də səni incidən fars dilində heç olmasa hər həftə İranın tanınmış saytlarında xarici siyasətlə əlaqədar təhlillərim gedir. Fars dili bilsəydin internetdə ... yazıb axtarsanız çoxlu yazılar görərsiniz. Elə həmin yazılarda Azərbaycanın leyhinə, Ermənistanın əleyhinə yazılarım çoxdur.

Tarix məsələləri uzun və dərin məsələlərdir. Təhriflər də çoxdur. İran tarixilə əlaqədar sənə təklif edirəm ki, ABŞ Konqressinin kitabxanasına və İngiltərədə olan zəngin kitabxanalara müraciət et. Təşkil edəcəyin konfrasa qədər məlumatını artır. Bəlkə fizik, tarix və siyasətlə yanaşmayasan. O qədər fiziki yazmısan ki, mənə belə gəldi ki, üzbəüz olsaydıq fiziki hücuma keçərdin mənim ələyhimə.

Səndən rica edirəm mənim bu yazımı Azərbaycan dili və ədəbiyatı üslubuna uyğun tənzimlə. Əlbəttə mahiyyətinə əl dəymə. Onlar mənim fikirlərimdir. Əlbəttə mənim sözlərim haqda öz fikirlərini yaza bilərsən. Amma bu dəfə yazanda atmaca və tərbiyəsiz sözlər yazma. Hər halda sənin yaşın mənim yaşımdan çoxdu və ağsaqqal kişisən. Sən bizlərə örnək olmalısan.

Bir təklif də beynimə düşdü. Əgər imkanın olsa telekanalların birində bir debat proqramı təşkil et, zamanı mənə çatdır, gəlim ikimiz o verlişdə iştirak edək və seyir edənlərə sözlərimizi deyək.

Bir neçə sual sənin yazını oxuyandan sonra yaddaşıma düşdü. Fikirləşdim ki, cənab fizikşünas, əgər milli qüruru və cəsarəti varsa, niyə Rusiyanın Ermənistana etdiyi yardımlar haqqında yazmır? Cənab Vəfa Quluzadə demişkən Azərbaycanın torpaqlarını ruslar işğal edib ermənilər yox. Yaxud sən niyə 250 milyon Türkiyədən Ermənistana ixrac olan mallardan yazmırsan. Bununla əlaqədar ancaq Qüdrət Həsənquliyev öz tənqidlərini Türkiyə dövlətinə elan edir? Yaxud Azərbaycanın daxili məsələləri haqda tənqidi fikirlərini yazmırsan? Deməli belə yazılar sərf eləmir? İran ələyhinə yazmaq sərf edir? Anladım. Şəxsi mənafe icab edərsə adam yazar, icab etməzsə yazmaz. Əllərinə sağlıq. Amma bu dünya bitir. İnsan Allahın, öz vicdanının və xalqının qarşısında məsuliyyət hiss etməlidir.

Mən sənin kimi etmirəm. İran və dünya ölkələri haqda tənqidim olsa (ki var) deyirəm də, yazıram da. Hesab etmirəm də hər nə mən desəm və yazsam düzdür. Əgər məlumatın qıtlığı ucbatından səhvim də olsa düzəldirəm. İnsanların səhv etməməyə icazələri yoxdur, amma mümkündür ki, səhv etsinlər və səhvlərini düzəltməlidirlər. İnkişaf etmiş ölkələrdə demokratiya var deyə şəffaflıq çoxdur və siyasətçilər və məsul şəxslər öz səhvlərini etiraf edirlər və xalqdan da üzr istəyirlər. Biz də, siz də belə olmalıyıq.

Sənin sözlərin bu məsəli də yadıma saldı: “Özünə ovmac ova bilmir özgəyə çörək bişirir”. Mənim qardaşım, sizin üçün ən önəmilisi budur ki, 86 min 600 kvadratkilometr Azərbaycana hakim olasınız 69 min 280 kvadratkilometrə yox. Hal-hazırda Azərbaycan 69 min 280 kvadratkilometrə hakimiyyət edir.Mən ona görə yazdım ki, cənab İlham Əliyev 9 milyon Azərbayvan Respulikasının prezidenti olsun ki, gələcəkdə 86 min 600 kvadratkilometrlik Azərbaycanda prezidentlik etsin. Mən arzu edirdim ki, bu, daha tez belə olsun. Hər halda geciksə, prezidentin zamanında belə olsun. Amma sən deyirsən yox səni buyuran gəlin imkan verməyək ki, Azəbaycanın ərazi bütövlüyü bərpa olsun! İndi kimə yazıqlar olsun, sənə ya mənə?

Sən hesab edirsən ki, İran haqqında informasiyan məndən daha çoxdu, eləmi? Mən dəqiq hesabla deyirəm iran azəriləri ancaq 25 milyon olarlar. Sən və siz DAK-çılar deyrsiz 35 milyon. Fərq etməz hər halda İrandakı, azərilər neçə qat oradakılardan çoxdu, düzdürmü? Səni və DAK-ı heç Azərbaycan Respublikasının vətəndaşları qəbul etmirlər, onda qalmışdı İrandakilar!? Səni və sizi kim seçib? Öz başınalıqdırmı? Biz əgər 35 milyonuq özümüz bilərik, nə etməliyik, vəkil istəmirik. Özü də öz başına vəkil. Vəkili seçmək lazımdir. Vallahi billahi bişmiş toyuğun gülməyi gəlir sizin bu sozlər və işlərə!

Sən de mənə görüm bu qədər ki, Azərbaycan, Azərbacan, soydaşlarımız və sair deyirsən İrandan Bakıya gələn azərbaycanlılara nə etmisən yaxud nə etmisiz? Orada çoxlu İrandan gələn azərbaycanlı tələbələr, biznesmenlər və iş adamları var, problemləri də az deyil. Hansısa bir addım atmısınız? Sadəcə çalışmısınız ki, İran azərbaycanlılarından öz şəxsi mənafeyiniz uğrunda istifadə edəsiniz. Əlbəttə ki, onlar da huşlu-başlı insanlardır. Siz DAK-çıların bu məqsədinizə çatmağa imkan verməyiblər.

Ay qardaş, əgər biz neçə qat sizdən artıqıq, elə DAK-ı İranda özümüz yaradardıq və özümüz bilərik nə etməliyik. Siz də ancaq Azərbaycan Respulikasının vətəndaşlarının cəmiyyəti adı ilə işlərinizi görün. O da sizin öz işinizdir.

Cənab Hümbətli!

Bilirsən, 2-ci dünya müharibəsindən 150-ə yaxın ölkə beynalxalq aləmə əlavə olunub və indi 200-ə yaxın ölkə var ki, BMT-nin üzvüdürlər. Bütün ölkələr bərabər hüquqa malikdirlər və heç bir ölkə başqa ölkənin daxili işlərinə qarışmamalıdır. Başqa dövlətlərə də imkan verməməlidilər ki, onların ərazilərindən qonşu ölkənin ələyhinə nəsə etsinlər. Əlbəttə ki, mən əminəm ki, İran və Azərbaycan nə özləri qarşı-qarşıya gələrlər, nə də başqalarına imkan verərlər nəsə etsinlər. Sənədlə bağlı da ki, sən vurğulamışdın mən daha yaxşı bilirəm, çünki o sənədlərin hazrırlanmasında və imzalanmasında mən bir başa iştirak etmişəm. Ən azı İran – Azərbaycan arasında imzalanan sənədlərin 70-də iştirak etmişəm və yekunlaşmasında, sonra da icra olunması istiqamətində çalışmışam.

Bu o deməkdir ki, keçmişi qurdalamq lazim deyil. Əsas indiki vəziyətdir. Azərbaycan da 20 ildir ki, müstəqil dövlətdir, İranda uzun illər müxtəlif adlarla dövlət olub. Əsas söhbət budur ki, böyüklüyündən, kiçikliyindən, gücün çoxluğundan azlığından asılı olmayaraq biz indi 2 qonşu ölkəyik və müştərək tariximizədən, mədəniyyətimizdən və ənənələrimizdən müsbət şəkildə istifadə edərək qardaşlığımızı və dostluğumuzu
mökəmləşdirib, dərinləşdirməliyik və sənin kimi başqalarına imkan yaradmamalıyıq ki, aramıza girib öz mənafelərini təmin etsinlər.

Sonunda sənə bir qardaş kimi tövsiyə edirəm ki, siyasətlə, tarixlə, məhəbbətlə və tikan haqqında bir daha dərindən düşün və öncədən fikirləş, reallıqları gör, milli mənafeyi düşün, şəxsi maraqlarını bir kənara göy, vicdanını qarşında gör və qiyaməti nəzərə al, sonra yaz. Amma çalış öz ixtisasın üzrə yazı yazasan. Sadaladığım təklifləri də unutma.

Axırda bir məsəl ilə hələlik sözümə son qoyuram. Xəstə tələsər, armud vaxtında yetişər. Allah hamımıza yar olsun!

Əfşar Süleymani