Serbiyanı “Eurovision 2012”-də bu sənətçi təmsil edəcək

serbiyani-eurovision-2012-de-bu-senetci-temsil-edecek
Oxunma sayı: 654

AzərTAc müsabiqənin rəsmi internet saytına istinadla xəbər verir ki, Serbiyanın müsabiqə üzrə yayımçısı olan RTS telekanalı ölkəni “Eurovision- 2012” mahnı müsabiqəsində yenidən Jelko Yoksimoviçin təmsil edəcəyini bildirmişdir. J.Yoksimoviç Bakıda ifa edəcəyi mahnını özü seçəcəkdir. Onun mahnısı “RTS” telekanalında xüsusi buraxılışda tamaşaçılara təqdim olunacaqdır.
Müğənni 2004-cü ildə İstanbulda keçirilmiş “Eurovision” mahnı müsabiqəsində Serbiya və Çernoqoriyanı təmsil etmiş və ikinci yeri qazanmışdır.

J.Yoksimoviç, eləcə də 2006-cı ildə Bosniya və Hersoqovinanın üçüncü yeri əldə etməsinə səbəb olan “Leyla” mahnısını da bəstələmişdir.