Sərnişinlər təyyarədə dava saldılar

sernisinler-teyyarede-dava-saldilar
Oxunma sayı: 641

“Qafqazinfo”nun İTAR-TASS-a istinadən xəbərinə görə, buna səbəb təyyarədə olan sərnişinlərdən ikisinin ekipaj üzvünə hücum etməsi olub.

Frankfurt-Mayn-Ankara reysi ilə uçan təyyarədə iki Türkiyə vətəndaşı ekipaj üzvünə hücum edib və ona xəsarət yetiriblər. Ekipaj üzvləri Rumıniyaın Anri Koanda hava limanına enməyə məcbur olub.

Xəbər verilir ki, sərnişinlərdən xəsarət alan olmayıb. Hava limanında təyyarəni polis və təcili yardım maşını gözləyib. Dava salanlar saxlanılıb, xəsarət alan ekipaj üzvünə tibbi yardım göstərilib.
Bir müddətdən sonra təyyarə Ankaraya uçub və 4 saat 45 dəqiqə gecikmə ilə mənzil başına çatıb.

Saxaılanlarla rumın polisi söhbət aparıb.

İnsidentin baş vermə səbəbi bilinmir.