Sevdiyi qızı vermədilər, özünü asdı

sevdiyi-qizi-vermediler-ozunu-asdi-
Oxunma sayı: 659

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saat 05:00 radələrində Göyçayın İkinci Ərəb kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Rasulov Kamran Mehman oğlu yaşadığı evin həyətindəki pomidor istixanasının çardağından özünü kəndirlə asaraq intihar edib.

Kənd sakinlərinin sözlərinə görə, 23 yaşlı K. Rasulov sevdiyi qızı ona vermədikləri üçün canına qəsd edib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.