“Sevgi ilə dostluğun arasında bircə qarış yol varmış…”- Şeirlər

sevgi-ile-dostlugun-arasinda-birce-qaris-yol-varmis-seirler-
Oxunma sayı: 935




***

Bir milyon könül qırılıb,
çiliklənib şüşə kimi…
ayağımın altında
çənnət olaydı
kaş ki,
kaş ki
Şuşa kimi…

***

Bu dunyada yaşamagın dadı yox,
Sevib, həsrət çəkənlərdən bezmişəm.
"Nəysə"lərə omur boyu boyun əy,
“Kaş ki”lərdən, “bəlkə”lərdən bezmişəm...

***

Səhərlə qoşa qarıyan gecə,
Səhər sarıdan yarıyan gecə
Gözlərimi hər yerdə arayan gecə,
Sən ancaq ruhumu görə bilərsən
Məndən sonra…

***

Zamanın nəbzini
tutmağa çalışmayın,
çünki
o nəbz vurmur artıq…

***

Dəli kimi sevmək də var omurdə-
Məhəbbətin bir vaxtindan qorxuram.
Bu gün könlum ayrılığa tuş gəlib,
Bu gündüzün şər vaxtından qorxuram...

***

Ulduzlardan sıyrılıb,
gecələrdən kechək biz.
Gəl, günəşin sağlıgına
bircə qədəh içək, biz.


***

Sevgi ilə dostluğun arasında
bircə qarış yol varmış…
O bir qarış yola da
tufan gələr,
çovğun düşər,
ya da ki
qar yağarmış…


Bu gecə başqa bir gecə,
Payızın da qar-qışı var,
Payız heç getmek istəmir-
Pəncərəmdə göz yaşı var...


***

Yenə öz-özümlə qalım baş-başa,
Yenə həmdərd bilim kədəri, qəmi.
Get, öz taleyini özünçün yaşa,
Mənə ümid vermə sədəqə kimi.