Sevgililər günü qadağan olundu

<b>Sevgililər günü qadağan olundu</b>
Oxunma sayı: 391

Özbəkistan hakimiyyəti ölkə ərazisində Valentin gününü qeyd edilməsinə qadağa qoyub. “Qafqazinfo”nun məlumatına görə, xəbəri “CBS News” yayıb.
Özbəkistan hakimiyyəti katoliklərin bayarmını qeyd etməyi əxlaqsızlıq və günah sayır. Ölkə rəhbərliyi Valentin gününə əlaqəli olan istənilən tədbirləri və rəmzləri gizli şəkildə qadağan edib. Hakimiyyət gizli qətnamə ilə 14 fevralda Valentin gününün şərəfinə keçiriləcək istənilən tədbiri yasaqlayıb.
Məmurlar “sevgi əxlaqsızlığına” alternativ tapıblar. Xəbər verilir ki, bu gün Özbəkistan əhalisi romantik musiqilərn əvəzinə on altıncı əsrin görkəmli dövlət xadimi, yazıçı-şair Zahiriddin Məhəmməd Baburun şeirlərinə qulaq asacaq. Baburun doğum günü Daşkəndin bir neçə böyük meydanında təntənəli şəkildə qeyd olunacaq.
Valentin gününün qeyd olunması barədə qadağaların şəxsi klublara, kafe və restoranlara aid olması bildirilmir. Özbəkistan əhalisinin böyük əksəriyyətnin müsəlman olmasına baxmayaraq, yaxın tarixə qədər Valentin günü geniş şəkildə qeyd olunurdu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi