Sevinc Babayevanın adı daha bir qalmaqalda hallandı

<b>Sevinc Babayevanın adı daha bir qalmaqalda hallandı</b>
Oxunma sayı: 257

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, S.Babayeva bir neçə il əvvəl də dələduzluqda ittiham edilib.

S.Babayeva 2009-cu ildə Abşeron rayonunda torpaq alğı-satqısı adı ilə vətəndaşlara 100 min manatdan artıq ziyan vurub. Həmin fakt üzrə o vaxt Bakının Sabunçu rayon Polis İdarəsinə daxil olan şikayət əsasında dələduzluq faktına görə cinayət işi başlanıb və S. Babayeva məsuliyyətə cəlb edilib. İstintaq zamanı S. Babayeva tərəfindən vətəndaşlara dəymiş ziyanın əsas hissəsi ödənildikdən sonra işə xitam verilib.

Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, S. Babayevanın vətəndaşlara qarşı bundan başqa da dələduzluq əməlləri olub.

Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi