Şeyxülislam İrəvanda Qarabağ münaqişəsi haqda məsələ qaldırdı

seyxulislam-irevanda-qarabag-munaqisesi-haqda-mesele-qaldirdi
Oxunma sayı: 647

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri Qafqaz Müsəlmanları İdarə Heyətinin sədri Allahşükür Paşazadə İrəvanda keçirilən MDB dinlərarası məsləhət şurasının rəyasət heyətinin iclasında deyib. O, dini imkanların xalqların və dövlətlərin xeyrinə tam istifadə etmək üçün, siyasi liderlər arasında dialoqun qaydaya salınmasında tədbirin əhəmiyyətini vurğulayaraq, münaqişələrin həlli üçün töhfə verməyin vacib olduğunu deyib. QMİ-nin sədri ATƏT-in Minsk qrupu ölkələrinin həmsədrlərinin və Ermənistan, Azərbaycan prezidentlərinin səylərinə dəstəyini qeyd edib. A. Paşazadə, həmçinin BMT qətnamələrinin yerinə yetirilməməsinə təəssüf etdiyini və Minsk qrupunun səylərinin hələ ki, heç bir real nəticə vermədiyi vurğulayıb: “Səyləri davam etdirmək və dini xadimlərə yardım etmək lazımdır”.

Daha sonra isə konfiliktin sülh yolu ilə həllinə yönələn bütün səyləri alqışladığını bildirib. Dini lider bu kontekstdə Bütün Rusiya və Moskvanın patriarxının hamiliyi ilə üçtərəfli görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, görüşlər nəticəsiz olmayıb. Belə ki, onların sayəsində əsirlərin dəyişdirilməsi, münaqişənin dinlər arası münaqişəyə çevrilməsinin qarşısı alınıb.

Səidə