BŞİH hava ilə bağlı əhaliyə müraciət etdi

bsih-hava-ile-bagli-ehaliye-muraciet-etdi
Oxunma sayı: 4721

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə "Qafqazinfo"ya qurumun mətbuat xidmətindən bildirilib.

Belə ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün günün ikinci yarısından başlayaraq fevralın 9-a kimi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edərək, gözlənilən hava şəraiti ilə bağlı müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq və avtomobilləri saxlamamaq tövsiyə olunur”.

BŞİH-dən bildirilib ki, hava şəraiti ilə əlaqədar kommunal strukturlar və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışacaqlar.