BŞİH iməclik keçirdi - Fotolar

BŞİH iməclik keçirdi
Oxunma sayı: 2015

Dövlət Bayrağı günü münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə paytaxtın Qaradağ rayonunda əsas magistral yol boyunca olan ərazidə növbəti iməclik təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, iməclikdə ümumulikdə 1000 nəfərə qədər insan iştirak edərək 1000-dən çox yeni ağac, əsas etibarı ilə Eldar şamı, kiparis və digər ağacları əkiblər.

Ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənmiş, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.

Dövlət Bayrağı günündə keçirilən iməclikdə yol boyunca əkilən yeni ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi