Sirli müharibə gündəliyinin şifrəsi açıldı

sirli-muharibe-gundeliyinin-sifresi-acildi
Oxunma sayı: 647

“Qafqazinfo”nun BBC-yə istinadən xəbərinə görə, 1917-ci ildə əsgəri xidmətə çağırılan Edvard Siqrist müharibə gündəliyini tualet kağızında yazıb. Siqrist 1919-cu ilin əvvəlindək Fransa və Belçika cəbhələrində olub.

Qeyd olunur ki, birinci dünya müharibəsi zamanı tualet kağızları yazı kağızlarından daha asan əldə edildiyi üçün Siqrist də xatirələrini bu cür toplayıb. Siqrist qeydlərinin xüsusi stenoqrafik sistem əsasında aparıb.

Bir neçə il əvvəl bu sirli gündəliyi Siqristin nəvəsi 64 yaşlı Qera çardaqdan tapıb.

Gündəliyin bütünlükdə şifrəsinin açmaq 79 yaşlı mütəxəssis Pitman Pamela Danmor sayəsində mümkün olub.