Siyasi məhbus “kars”a salındı

siyasi-mehbus-karsa-salindi
Oxunma sayı: 1009

Bu barədə onun qardaşı İnqilab Səmədzadə məlumat verib. Onun sözlərinə görə, bu günlərdə həbsxanada olan məhbus qohumları Ş. Səmədzadənin 4 gündür “kars”da olduğunu deyiblər: “Xəbəri alandan sonra həbsxanadakı dost-tanışla əlaqə saxladım, dedilər 5 günlük “kars” veriblər. Səbəbini öyrənə bilmədim. Oradan bizə məlumat verən adamlar bildirdilər ki, onun heç bir artıq-əksik hərəkəti olmayıb”.

İ. Səmədzadənin sözlərinə görə, qardaşı adətən özü ilə bağlı hansısa problemə, mübahisələrə görə deyil, həbsxanada cəza çəkən digər dustaqların hüquqlarını müdafiə etdiyinə görə cəzalandırılır: “Dəfələrlə olub ki, orda təzyiqə, haqsızlığa məruz qalan məhbuslara dəstək verdiyi üçün onu karsa salıblar. İndi də deyilənə görə, özünün heç bir problemi olmayıb. Çox böyük ehtimalla yenə də kimisə müdafiə etdiyi üçün həbsxana rəhbərliyinin qəzəbinə tuş gəlib”.

Qeyd edək ki, Ş.Səmədzadə 2000-ci ildə həbs olunub. Onun adı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun siyasi məhbus siyahısındadır.