Sona qəzada öldü

sona-qezada-oldu
Oxunma sayı: 654

Gün.Az xəbər verir ki, bu barədə Hüseyn Dəryanın özü bildirib.

Bununla belə o, keçmiş həyat yoldaşının dünyasının dəyişməsinə sevindiyini gizlətmədiyini də bildirib.

“İnanmayacaqsınız, amma mən çox sevinirəm... Hadisə avqustun12-də baş verib. Sonanın idarə etdiyi “Hyundai” markalı avtomobil “Kamaz”la toqquşub. Hadisə Ukrayna dairəsində baş verib və Sona qəzadan sağ çıxmayıb.

Artıq canım ondan qurtardı. Sona bilmirdi ki, mənə qarşı elə hərəkətlər edəndə, başıma torbalar tikəndə, sonu belə olacaq?!”

H.Dərya onu da əlavə edib ki, azyaşlı oğlu Cahangir hazırda qayınanasının yanındadır.

“Nənəsinə demişəm, məhkəmə yolu ilə oğlumu onlardan alacam”.

Öz tərəfimizdən qeyd edək ki, Sona Muradovanın telefon nömrəsinə zəng çatmır.