Şou-biznesdə atəşkəs pozuldu- Qalmaqal

sou-biznesde-ateskes-pozuldu-qalmaqal
Oxunma sayı: 650

Tanınmış rejissor və prodüsser Zorik (Zöhrab Ağayev) müğənni Xatunla olan qalmaqala belə belə münasibət bildirdi. Z.Ağayev ANS PRESS-ə açıqlamasında müğənni Xatunla olan qalmaqala son qoymaq, ona cavab vermək istəmədiyini bildirdi. Çox məşğul olduğunu söyləyən rejissor bizə gördüyü işlərdən, uğurlarından söhbət açdı:

"Oturduğum yerdə məni ensiklopediyaya salıblar, adım “Azərbaycanın XXI əsrinin isdedadlı gəncləri” ensiklopediyasına daxil edilib. Şou-biznesdən yeganə insanam ki, bu ensiklopediyaya salınmışam. Özüm bilmədən məni seçiblər. Əslində fikirləşdim ki, niyə məhz mən? Bu sualı onlara da verdim. Redaksiyadan mənə bildirdilər ki, onlar bu ensiklopediyanı hazırlayanda ali təhsil ocaqlarına sorğu göndəriblər. Sorğunun nəticələrinə görə mənim də adım bu siyahıda yer alıb. Bəli, mən İncəsənət Universitetinin rejissorluq fakultəsini fərqlənmə diplomu ilə bitirmişəm.Başqalarından fərqli olaraq mən öz sənətimlə məşğul oluram.

Oturduğum yerdə film, kilp təklifləri alıram. Hal-hazırda Azərbaycanı Rusiyanın TNT kanalında “Bitva ekstrasensov” (Ekstrasenslərin döyüşü) yarışmasında təmsil etmiş Qalina Bağırova haqqında sənədli film çəkirəm. Təklif ekstrasensin özü tərəfindən gəlib. Sənədli film olduğundan mən bu insan haqqında maksimum məlumatlı olmalı idim. Qalina xanım qeyri-adi qabiliyyətindən bəhs edən kadrları mənə təqdim etdi. Kadrlara baxanda şoka düşdüm. İnanırsız, hələ də şokdayam. Bu insan nələr etməyib?! İtkin düşmüş adamı tapıb ailəsinə təhvil verib və sairə. Düzdür, Azərbaycanda ekstrasensləri falçılarla səhv salırlar, qarışdırırlar. Əslində isə ekstrasens təmamilə başqa şeydir, falçılıq başqa. Mən çox fəxr edirəm ki, Qalina Bağırova kimi qeyri-adi insan haqqında sənədli film çəkirəm. Ola bilər ki, bu xanımı çoxları tanımır. Amma bizim bomondun qlamur nümayəndələri onu çox gözəl tanıyırlar.
O ki qaldı mənim adım hallanan qalmaqala, mən ona cavab vermək istəmirəm!"