Soyuq müharibə başlaya bilər

soyuq-muharibe-baslaya-biler
Oxunma sayı: 689

Böhranın yetişdiyini deyən nazir İranın açıq-aydın nüvə proqramını davam etdirdiyini bildirib: “Əgər onlar nüvə silahı əldə etsələr, düşünürəm ki, digər yaxın şərq ölkələri də nüvə potensialını inkişaf etdirmək istəyəcəklər”.

Britaniya XİN hesab edir ki, Yaxın Şərqin hər hansı bir ölkəsində nüvə silahının meydana gəlməsi bütün regionda stabilliyi pozacaq. Yeni “soyuq müharibə” başalayacaq ki, bu da sovet və amerika arasında müharibədən daha təhlükəli olacaq.



Nazir bəyan edib ki, Avropa və Amerika xüsusi xidmət orqanları gizli Natanze zavodunda Uranın zənginləşdirilməsi üzrə 6000 sentrifuq aşkar ediblər ki, bu da nüvə potensialını inkişaf etdirmək üçün yetərlidir.

Bununla yanaşı, nazir İsraili İrana hücum etməməyə çağırıb. Belə ki, Tehranla hər hansı hərbi münaqişə daha çox mənfi nəticələrə gətirib çıxaracaq.


Səidə