Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə valideynlərdən fin kodunun alınaraq kütləvi şəkildə elektron sistemə daxil edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Namiq Ağayev birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə danışıb. O qeyd edib ki, bir çox hallarda valideynlər onlayn qeydiyyata vaxt ayırmaq istəmir və ya İKT bacarıqları zəif olduğuna görə məktəblərə üz tuturlar.
Təhsil İdarəsi rəsmisinin sözlərinə görə, əslində alternativ qəbul mərkəzləri də bunun üçün nəzərdə tutulub.
“Valideynlər daha çox şəxsi kabinetdə öz suallarını verərək cavab ala bilərlər. Həmçinin onlayn alternativ mərkəzlər vasitəsilə də onlara kömək göstəriləcək”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər